
Braziliya prezidenti Luiz İnasia Lula da Silva dövlət qurumları tərəfindən rəsmi sənədlərin hazırlanmasında “gender-neytral dili”n istifadəsini qadağan edən qanunu imzalayıb.
APA xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat verib.
Belə ki, daha əvvəl portuqal dilində “hamı” mənasını verən və həm də kişi cinsində cəm şəklində işlənən “todos” əvəzliyinin əvəzinə məmurlar tez-tez, xüsusən də yazılı formada, “todes” və ya “todxs” variantlarından istifadə edirdilər.
Telekanalın məlumatına görə, bu dəyişdirilmiş əvəzliklər özünün iki cinsdən hansına aid olduğunu hələ müəyyən etməmiş şəxslərə müraciətdə istifadə olunurdu.
Yeni qanuna əsasən isə belə müraciətlər artıq qadağandır və hakimiyyət orqanları yalnız klassik portuqal dilinin standartlarına əsaslanmalıdır.

