
Bakı. Trend:
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində sonuncu oyunlar
keçirilib.
Trend-in
məlumatına görə, B, C, E, H, J qruplarında ümumilikdə 10 qarşılaşma
baş tutub.
E qrupunda Türkiyə yığması səfərdə İspaniya ilə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib – 2:2.
Beləliklə, gecənin oyunlarından sonra İsveçrə, Şotlandiya,
İspaniya, Avstriya və Belçika yığmaları dünya çempionatının final
mərhələsinə vəsiqə qazanıb. Kosovo, Danimarka, Bosniya və
Herseqovina, Türkiyə və Uels komandaları isə mundiala yollanmaq
üçün pley-off oyunları keçirəcək.
DÇ-2026, seçmə mərhələ
18 noyabr
B qrupu
23:45. İsveç – Sloveniya – 1:1
23:45. Kosovo – İsveçrə – 1:1
Xal durumu: İsveçrə – 14, Kosovo – 11, Sloveniya – 4, İsveç –
2.
C qrupu
23:45. Şotlandiya – Danimarka – 4:2
23:45. Belarus – Yunanıstan – 0:0
Xal durumu: Şotlandiya – 13, Danimarka – 11, Yunanıstan – 7,
Belarus – 2.
E qrupu
23:45. Bolqarıstan – Gürcüstan – 2:1
23:45. İspaniya – Türkiyə – 2:2
Xal durumu: İspaniya – 16, Türkiyə – 13, Gürcüstan – 3,
Bolqarıstan – 3.
H qrupu
23:45. Avstriya – Bosniya və Herseqovina – 1:1
23:45. Rumıniya – San Marino – 7:1
Xal durumu: Avstriya – 19, Bosniya və Herseqovina – 17, Rumıniya
– 13, Kipr – 8, San-Marino – 0.
J qrupu
23:45. Belçika – Lixtenşteyn – 7:0
23:45. Uels – Şimali Makedoniya – 7:1
Xal durumu: Belçika – 18, Uels – 16, Şimali Makedoniya – 13,
Qazaxıstan – 8, Lixtenşteyn – 0.

