Saat 10:00-da su kəsiləcək –

Baş səhifə

Bu gün Sumqayıt şəhərində 30 min abonentin suyu kəsiləcək.

Metbuat.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq.

Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin “Qızılqum” yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər Sülh küçəsi, Xəzər sahili küçələri, eləcə də 1, 3 və 4-cü mikrorayonların bir hissəsi, 8, 9 və 10-cu mikrorayonlarda müşahidə olunacaq və təqribən 30 min abonenti əhatə edəcək.

Suyun verilişi təmir işləri başa çatdıqdan sonra tədricən bərpa olunacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir