
Bakı. Trend:
Bu gün Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10
kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava
xəttində təmir işləri aparılacaq.
Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC
məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək
rayonun Çayoba, Əzərud, Kakalos, Kolatan, Lovayın, Pensər, Sım,
Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud kəndləri, Kijəbə
qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
“Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri
daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – deyə
əlavə edilib.

