Sumqayıtın bu ərazilərinə suyun verilməsi dayandırılacaq

Baş səhifə

Sumqayıt şəhərinin bir hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar 19 noyabr tarixində səhər saat 10:00-dan axşam saatlarınadək 1-2-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cu məhəllələrdə, Qızılqum yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər, Sülh, Xəzər sahili küçələrində, 1-ci mikrorayonun bir hissəsi, 3-cü və 4-cü mikrorayonun bir hissəsi, 8,9,10-cu mikrorayonlarda suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir