Bakıda obyektdə yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsində obyektdə yanğın baş
verməsi barədə məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
ümumi sahəsi 225kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektdə
baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.




Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə, o cümlədən yaxınlıqda park edilmiş avtomobillərə və
tikililərə yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 15kv.m. olan avtomobil ehtiyat
hissələrinin satışı mağazasının yanar konstruksiyaları yanıb,
yüksək temperaturdan obyektin 2-ci mərtəbəsində yerləşən kafenin
plastikdən ibarət pəncərələri deformasiya edib.

Obyektin böyük hissəsi, yaxınlıqda park edilmiş avtomobillər və
digər tikililər yanğından mühafizə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir