
Bakı. Trend:
Son 2 həftə ərzində Türkiyənin 9 vilayətində 12 ayrı mütəşəkkil
cinayətkar dəstəyə qarşı keçirilən əməliyyat nəticəsində 106
şübhəli saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya öz rəsmi “X”
səhifəsində məlumat yayıb.
Məlumata görə, əməliyyatın gedişində saxlanılmış şübhəlilərdən
68-i barəsində həbs qətimkan tədbiri seçilib, 34-ü yazılı
iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb, digər
şübhəlilərlə bağlı araşdırma davam etdirilir.
Qeyd olunur ki, həmin şəxslər narkotik vasitələrin qanunsuz
ticarətdə, silah qaçaqmalçılığında, sosial şəbəkələrdə vətəndaşlara
qarşı dələduzluqda, (Muğla vilayətində) aztəminatlı ailələr üçün
ayrılan vəsaitləri mənimsəməkdə, sələmçilik fəaliyyəti və başqa
cinayətlərdə şübhəli bilinirlər.

