
Bakı. Trend:
Abşeron rayonunun Masazır kəndində elektrik enerjisinin
verilişində fasilə yaranacaq.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə 19 noyabr tarixində Abşeron Rayon Enerji Təchizatı və
Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq hava xətdində təmir
işləri aparılacaq.
“Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Masazır
qəsəbəsi Sabir Rüstəmxanlı, Alı Mustafayev, Əliağa Vahid
küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən
ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, –
deyə məlumatda qeyd edilib.

