
Bakı. Trend:
2025-ci ilin yanvar-oktyabr ayları ərzində 132,5 min nəfərdən
çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və
təqaüd təyin olunub.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, bunun 51,6%-ni kişilər, 48,4%-ni isə qadınlar
təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında proaktiv
qaydada 74 mindən çox sosial müavinət (aylıq və birdəfəlik) və
təqaüd təyin edilib. Bunların 53,05%-i kişilərə, 46,95%-i isə
qadınlara verilib.

