ABŞ-də gürcü neonasist uşaqları kütləvi zəhərləmək istədiyini məhkəmədə etiraf edib

Baş səhifə

Bakı. Trend:

Gürcü əsilli bir neofaşist ABŞ məhkəməsində yəhudilərə və irqi
azlıqlara qarşı hücumlar törətmək üçün digər şəxsləri cəlb etməklə,
o cümlədən uşaqları zəhərləmək məqsədilə qurulan sui-qəsddə
iştirakla bağlı məhkəmədə verdiyi ifadədə özünü təqsirli bilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, müttəhim – 22 yaşlı Mixail Çxikvişvili Şərqi
Avropada fəaliyyət göstərən “Maniac Murder Cult” adlı radikal
neofaşist qruplaşmanın lideridir.




Qruplaşmanın üzvləri sosial şəbəkələrdə irqi və dini nifrətə
çağırışlar yayırdılar. Güman edilir ki, həmin manifestlərdən
təsirlənən bir yeniyetmə ilin əvvəlində Tennessi ştatının Neşvill
şəhərindəki məktəblərdən birində silahlı hücum törədib, nəticədə
bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Məhkəmə müəyyən edib ki, Çxikvişvili 2022-ci ildən etibarən
dəfələrlə Nyu-Yorka gələrək öz neofaşist ideyalarını təbliğ edib.
2023-cü ildə o, məktəblərdə yəhudi uşaqlarına və Nyu-Yorkda yaşayan
irqi azlıqlara Santa Klaus kimi geyinərək zəhərlənmiş konfetlər
paylamalı olan FTB-nin gizli agentini “verbovka” edib. 2024-cü ildə
isə o, Moldovada saxlanılaraq ABŞ-a ekstradisiya olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir