Arpaslan Çakar: Süni intellekt bank xidmətlərinin əsas hərəkətverici qüvvəsi olacaq

Baş səhifə

Süni intellekt bankçılıqda qaçılmaz mərhələdir və məlumatın idarə edilməsi sektorun əsas üstünlüyü olacaq.

APA-Economics” xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Türkiyə Banklar Birliyi İdarə Heyətinin sədri Arpaslan Çakar deyib.

Onun sözlərinə görə, müştəri davranışları sürətlə dəyişir və insanlar artıq filiallara getmək istəmir, ehtiyaclarının öncədən analiz olunub onlara görünməz şəkildə təqdim edilməsini gözləyirlər.

O vurğulayıb ki, bankçılıq sektoru korporativ bankçılıqdan fərdi bankçılığa, oradan isə güclü rəqəmsal transformasiya mərhələsinə keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir