Xameneinin müşaviri İranın ABŞ-la nüvə danışıqlarına hazır olduğunu deyib

Baş səhifə

Ehtiram əsasında keçiriləcəyi təqdirdə, İran ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazırdır.

APA xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyyid Əli Xameneinin xarici siyasiət üzrə müşaviri Kamal Xərrazi CNN-ə müsahibəsində deyib.

“Amerikalılar əvvəlcə bizim qoyduğumuz şərtlər daxilində danışıqlara hazır olduqlarını göstərməlidirlər. Bu şərtlər qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında olmalıdır. Bu müzakirələr baş tutmazdan əvvəl konkret gündəlik tərtib olunmalıdır. Təəssüflər olsun ki, prezident Tramp diplomatik proseslərə inanmır və öz məqsədlərinə çatmaq üçün güc istifadə etməyi daha üstün tutur”, – Xameneinin müşaviri bildirib.

O qeyd edib ki, İranın ABŞ-la danışıqlara başlamaq üçün şərtləri dəyişməyib və İran milli ehtiyacların təmin olunması üçün uranın zənginləşdirilməsinə davam edəcək.

“Biz ABŞ-la yalnız və yalnız nüvə məsələlərini müzakirə edəcəyik” deyən Xərrazi İranın ballistik raket proqramının genişlənməkdə olduğunu və bu məsələnin danışıqlar masasında olmayacağını vurğulayıb.

Xərrazi İyun ayında İranın nüvə obyektlərinə hücumlardan sonra bu obyektlərə dəyən ziyanın hələ də hesablanmadığı əlavə edib.

İranın Ali Rəhbərinin müşaviri həmçinin vurğulayıb ki, ABŞ-la nüvə danışıqları uranın zənginləşdirmə prosesinin özü haqqında yox, zənginləşdirmənin dərəcəsi ətrafında aparılacaq,

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir