Hərbi qulluqçumuz özünü öldürdü

Baş səhifə

Qazaxda Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə Dövlət Sərhəd Xidmətinin Qazaxda yerləşən N saylı hərbi hissəsində baş verib.

Belə ki, rayonun Daş Salahlı kəndində yerləşən hərbi hissəsinin hərbi qulluqçusu, əsgər 2001-ci il təvəllüdlü Ələkbərov Əkbər Rövşən oğlu xidmət vaxtı odlu silahdan özünə atəş açıb. O, hadisə yerində ölüb.

Qeyd edək ki, intihar edən DSX əsgəri Ə.Əkbərov bu gün İsmayıllıda dəfn ediləcək.

Hadisə ilə bağlı cinayət işi açılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir