AMB 3 sığorta agentinə icrası məcburi göstəriş verib

Baş səhifə

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən sığorta agentləri “Azərbaycan Geologiyası”, “Az İnvest Group” və “İNS Consulting” MMC-lərə icrası məcburi sərəncam verilib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs sığorta agentləri “Azərbaycan Geologiyası”, “Az İnvest Group” və “İNS Consulting” MMC-lərə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir