“iPhone 17”nin gizli funksiyası aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

“iPhone 17”də internet sürəti “Apple”ın digər smartfonları ilə
müqayisədə 40 faiz yüksəkdir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fərq müxtəlif şəbəkələrə qoşulduqda və dünyanın
müxtəlif bölgələrində olsa belə açıq-aydın müşahidə olunur. “iPhone
17” seriyasına aid telefonlar internet sürətinə görə “iPhone 16”
xəttinə aid mobil cihazları xeyli üstələyir.




Mütəxəssislər sürətin artmasını “iPhone 17” cihazlarına
quraşdırılmış yeni “N1” çipi ilə izah ediblər.

“Dünyanın hər yerində N1 prosessoru ilə yükləmə və ötürmə üzrə
median göstəricilər əvvəlki modeldən 40 faiz yüksək olub”,- “Ookla”
mütəxəssisi Lük Kixo bildirib

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir