Bakıda idman zalından oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Ötən gün paytaxtın Xətai rayonunda yerləşən idman zallarının
birində talama cinayəti baş verib. Naməlum şəxs səhər saatlarında
obyektə daxil olaraq içərisindən 8500 manat dəyərində geyim və
idman əşyaları, kompüter oğurlayıb. Bu barədə zərərçəkən polisə
məlumat verib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbiri ilə qeyd olunan əməli törətməkdə şübhəli
bilinən, əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum
edilmiş 41 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Xəzər rayonunda isə Binə qəsəbə sakininin həyətyanı sahəsindən 1000
manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən
əvvəllər məhkum olunan 41 yaşlı Z.Əliyev də saxlanılıb.

Araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir