
Bakı. Trend:
“Electronic Arts” şirkəti dünyanın ən populyar şuter janrında
olan videooyunlarından olan “Battlefield 6”ı bir həftə ərzində
pulsuz oynamaq imkanı yaradacaq.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Battlefield 6”nın və pulsuz “battle royale” rejimi “California
Resistance” adını alıb. O, oyun təcrübəsini genişləndirməyə və
auditoriyanın cəlbediciliyini artırmağa yönəlmiş yeni tematik
kontenti özündə birləşdirir.
Eyni zamanda studiya “Battlefield 6”nın pulsuz demo-versiyasının
işə salınacağını da açıqlayıb.
Oyunçular 25 noyabrdan 2 dekabradək bu şuteri test edə
biləcəklər. Sınaq versiyaya üç xəritə və ən çox tələb olunan beş
oyun rejimi daxil olacaq.

