Yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə həyata keçirilən yükdaşımaların həcmi və dəyəri məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı
ilə 6,3 milyard ABŞ dolları dəyərində ümumilikdə 24,9 min ton
həcmində yükdaşımaları həyata keçirilib.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.




Komitənin hesablamalarına görə, bu 2024-cü ilin eyni dövrünün
göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,4 milyard dollar və
ya 60,3 faiz çoxdur, çəki baxımından isə 51,3 min ton və ya 67,3
faiz azdır.

Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 350 milyon
ABŞ dolları dəyərində və 13,4 min ton çəkidə yük ixrac edilib. Bu,
ötən illə müqayisədə dəyər baxımından 60,4 milyon dollar və ya 20,9
faiz çox, çəki baxımından isə 50,9 min ton və ya 79,2 faiz
azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir