“PAŞA Bank” POS-terminalları ilə xarici kartlarla xarici valyutada ödənişlərdən gəlir əldə edin!

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
beynəlxalq ödənişlərin rahat və gəlirli olmasını təmin edən yeni
kampaniyaya start verir.

Kampaniya çərçivəsində, 31 dekabr 2025-ci il tarixinədək Bankın
POS-terminalları vasitəsilə xarici kartlarla xarici valyutada
ödəniş qəbul edən bizneslər əlavə qazanc əldə edəcəklər. Belə ki,
bu dövr ərzində xarici kartlarla xarici valyutada aparılmış
ödənişlərin 1%-i yanvar ayında sahibkarın biznes hesabına keşbek
kimi geri qaytarılacaq.




Qeyd edək ki, Bankın təqdim etdiyi POS-terminallar biznes
sahiblərinə xarici müştərilərin kartlarından ödənişləri kartın öz
valyutasında qəbul etmək imkanı yaradır ki, bu da həm rahatlıq, həm
də şəffaflıq baxımından üstünlük təmin edir. Ətraflı məlumat almaq
və sifariş etmək üçün linkə keçid edin.

“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat,
çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə
davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı
inkişafına verdiyi töhfələrə görə “International Investor” və
“Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı
bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin
şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk
Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global
Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks
2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir