ABB yeni korporativ saytını təqdim etdi!

Baş səhifə

Bakı. Trend:

Fəaliyyətini müasir çağırışlara uyğun daim təkmilləşdirən ABB
daha bir yeniliyini təqdim edib. Bank yeni inkişaf konseptinə
uyğunlaşdırılmış korporativ saytını istifadəyə verib. Müasir qlobal
standartlara uyğun hazırlanmış sayt modern dizaynı, təkmil
strukturu, istifadəsinin rahatlığı ilə fərqlənir.

Saytda bölmələrin sayı optimallaşdırılıb, lazımı məlumatların
tapılması daha sadə, asan və sürətli olub.

Funksionallığına görə yeni saytı ABB-nin onlayn filialı da
adlandırmaq mümkündür. Belə ki, burada ABB-nin müxtəlif çeşidli
məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu
məhsul və xidmətləri sayt üzərindən tam rəqəmsal təcrübə ilə
sifariş vermək mümkündür. Fərdi müştərilər, bizneslər burada
internet bankçılığın geniş imkanlarından faydalana bilərlər.




Müştəriləri ilə danışan bank – ABB-nin Virtual assistenti Bankın
yeni saytında da 7/24 rejimində istifadəçilərin bütün suallarını
cavablandırır, onlar kömək göstərir. Bankın xidmət və
məhsullarından başqa, əsas strateji hədəfləri, mühüm yenilikləri,
idarəetmə sistemi, investorlarla əlaqələri və s. barədə
məlumatları, ABB-nin geniş hesabatlarını da saytdan əldə etmək
mümkündür.

Yeni sayt müştəri məmnuniyyətinin artırılmasına, şəffaflığa,
ABB-nin xidmət və məhsullarının əlçatanlığına, maraqlı tərəflərlə
kommunikasiyaların daha da genişlənməsinə xidmət edəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə
etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir