Son 7 il ərzində qeyri-neft-qaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb

Baş səhifə

Bakı. Trend:

Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o
cümlədən vergi daxilolmalarının artması vergi dərəcələrinin
artırılması hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılıq
sayəsində vergitutma bazasının genişlənməsi yolu ilə təmin
edilmişdir.

Trend xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin
bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.




Nazir bildirib ki, nəticədə iqtisadiyyatda, xüsusilə də
qeyri-neft qaz sektorunda vergitutma bazası genişləndi, büdcənin
gəlir və xərclərinin artımı ilə yanaşı əhalinin gəlirləri və
müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artdı:

“2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla əhalinin
gəlirlərinin ən mühüm mənbəyi olan əmək haqqı fondu qeyri-neft-qaz
özəl sektorda 2019-2025-ci illərdə 3 dəfə artmışdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir