
Bakı. Trend:
Gürcüstanda ödəniş və hesab xidmətlərinin inkişafı ilə bağlı
yeniliklər açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Gürcüstan Banklar Assosiasiyasının Açıq
Bankçılıq layihəsinin CEO-su Mixeil Kapanadze bu gün Bakıda
keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda məlumat verib.
O bildirib ki, artıq ölkədə PSD2 “open banking” standartına
uyğun ödəniş təşəbbüsü (PLT 2 tərzi) fəaliyyət göstərir və API-lər
pulsuzdur: “Banklararası və beynəlxalq köçürmələr üçün müəyyən
tariflər olsa da, API özü pulsuz təqdim olunur. Gələcəkdə ödənişli
genişləndirilmiş API-lərin təqdimatı planlaşdırılır ki, bu da
bankların əlavə xərcləri qarşılamaq imkanını artıracaq. Hazırda
ödəniş hesabı məlumat xidməti pulsuzdur, kredit və depozit hesab
məlumatlarının paylaşımı isə ödənişli olacaq”.
Maliyyəçi vurğulayıb ki, Gürcüstan banklarında rəqəmsal
qeydiyyat (digital onboarding) sistemi böyük maraqla istifadə
olunur: “Sistem biometrik yoxlama ilə selfi çəkərək “liveness
check” prosedurundan keçməyə imkan verir. Artıq bir bankın
müştərisi olan şəxs digər banklarda və qeyri-bank qurumlarda
asanlıqla hesab aça bilər.
O həmçinin, “push style” hesab məlumatı xidmətlərinin işlənməkdə
olduğunu və yaxın gələcəkdə “request to pay” xidmətinin də təqdim
ediləcəyini bildirib.
M. Kapanadze vurğulayıb ki, hazırda ödəniş sistemləri həm eyni
bank daxilində, həm Gürcüstan daxilində, həm də xaricdə
əməliyyatları əhatə edir: “Ölkədə instant ödəniş sistemi hələ
mövcud deyil, amma milli bank bunun üzərində çalışır və sistem
hazır olduqda Assosiasiya da onu əhatə edəcək”.

