
Ağdamın Xıdırlı kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim edilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər doğma yurda qayıdan sakinləri əlamətdar gün münasibətilə təbrik edib. Sonra evlərin açarları Xıdırlı sakinlərinə təqdim edilib.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə – 2195 nəfərə çatıb.
***
13.23
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
APA xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 15 ailə, 73 nəfər köçürülüb.
***
11.52
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
APA xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 15 ailə, 73 nəfər köçürülür.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

