Araz Musayevin bıçaqlanmasına görə tutulanlar azad edildi

Baş səhifə

Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.

Moderen.az xəbər verir ki, ötən gün Türkiyənin Antalya şəhərində keçirilən 6 saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, onlar bu il mayın 28-də A. Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə ittiham edilərək həbs olunmuşdular. (Mənbə: oxu.az)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir