
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) QS
Sustainability 2026 beynəlxalq reytinqində əldə etdiyi nəticələr
universitetin dayanıqlı inkişaf sahəsində sistemli fəaliyyətinin
növbəti dəfə yüksək qiymətləndirildiyini göstərir.
Reytinqin nəticələrinə əsasən, AzMİU “Ətraf Mühit Təsiri” və
“Sosial Təsir” kateqoriyalarında Azərbaycan üzrə lider mövqe əldə
edib. Bu göstəricilər universitetin ekologiya, resurs idarəetməsi,
sosial məsuliyyət, inkluzivlik və ictimai fayda yönümlü layihələrdə
ardıcıl fəaliyyətinin real nəticəsidir.
Azərbaycanın aparıcı mühəndislik və memarlıq ali təhsil
müəssisəsi kimi AzMİU son illər dayanıqlılıq strategiyasını
gücləndirməklə həm tədris və tədqiqat prosesində, həm də
institusional idarəetmədə beynəlxalq standartlara uyğun modern
yanaşmaları tətbiq edir. QS Sustainability reytinqində əldə olunan
nailiyyətlər bu səylərin qlobal miqyasda tanınmasının göstəricisi
kimi dəyərləndirilir.
Qeyd edək ki, əldə olunan uğur tələbələrin fəallığı, müəllim
heyətinin elmi-pedaqoji əzmi və idarəetmə komandasının davamlı
inkişaf yönümlü strategiyasının səmərəsi olaraq mümkün olub. Bu
nəticə AzMİU-nun regionda dayanıqlılıq sahəsində nümunəvi ali
məktəb statusunu daha da gücləndirir və universitetin gələcək
fəaliyyətinə əlavə motivasiya verir.

