Avtobus müsabiqələrinin qalibləri müəyyən edildi

Baş səhifə

Azərbaycanda 3 istiqamət üzrə avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb

Məlumata əsasən, Bakı-Göyçay, Bakı-Lənkəran və Bakı-Astara avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyənləşib.

Belə ki, Bakı-Göyçay marşrutu üzrə fiziki şəxs Əbilov Vüsal Sahib oğlu, Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxslər Şahverdiyev Vüqar Aydın oğlu və Həsənli Mirnahid İqbal oğlu, Bakı-Astara marşrutu üzrə fiziki şəxslər Həsənov Güləli Panəli oğlu və Həsənli Mirnahid İqbal oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir