
Bakı. Trend:
Konstitusiya və Suverenlik ili çərçivəsində Səhiyyə Nazirliyinin
Respublika Qan Bankı Publik Hüquqi Şəxsin təşəbbüsü, “AzərEnerji”
ASC-nin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” devizi
altında qanvermə aksiyası keçirilib.
Trend xəbər
verir ki, “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və
Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında
Səhmdar Cəmiyyətin 120-dən artıq əməkdaşı iştirak edib. Qanvermə
aksiyasında toplanan qan talassemiya və hemofiliyalı, eləcə də qana
ehtiyacı olan digər xəstələrin qan çatışmazlığının aradan
qaldırılması üçün nəzərdə tutulub.
Aksiyada iştirak edən donorlar qanvermədən öncə Respublika Qan
Bankı Publik Hüquqi Şəxsin tibbi heyətinin bütün tibbi
yoxlanışlarından keçdikdən sonra qan veriblər.

