Rada energetika naziri Svetlana Qrinçuku vəzifədən azad edib

Baş səhifə

Ukrayna Ali Radası noyabrın 19-da Svetlana Qrinçukun energetika naziri vəzifəsindən azad olunmasını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Məlumata görə, qərarı 315 deputat dəstəkləyib.

Qrinçuk 12 noyabrda energetika sahəsində yaranmış korrupsiya qalmaqalı fonunda istefa ərizəsi təqdim etmişdi. O, fəaliyyətində hər hansı qanun pozuntusunun olmadığını bildirmişdi.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu energetika sektorunda geniş miqyaslı korrupsiya sxemini ifşa etmişdi. İstintaq “Enerqoatom” da daxil olmaqla strateji dövlət müəssisələrinə təsir göstərən mütəşəkkil qruplaşmanın mövcudluğunu müəyyən edib.

Sxemdə biznesmen Timur Mindıç, ədliyyə naziri və eks-energetika naziri Qerman Qaluşenko, “Enerqoatom”un təhlükəsizlik üzrə direktoru Dmitri Basov və digər vəzifəli şəxslərin adı keçir.

Qeyd edək ki, bundan əvvəl Ali Rada ədliyyə naziri Qerman Qaluşenkonun vəzifədən azad edilməsini də təsdiqləyib. Qərarı 323 deputat dəstəkləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir