Göyərtəsində 267 nəfər olan Cənubi Koreya gəmisi qayalıq ərazidə ilişib qalıb

Baş səhifə

Cənubi Koreyaya məxsus sərnişin gəmi Canqsando adasına yaxınlığında saya oturub.

APA Cənubi Koreya mətbuatına istinadən xəbər verir ki, “Kraliça Genubia 2” adlanan gəminin göyərtəsində ekipajla birlikdə 267 nəfər olub.

Məlumata görə, gəmi Canqsando adasına yaxınlaşarkən qayalıq əraziyə keçib və həmin bölgədə qalıb.

Xəsarət alanların olması barədə məlumat yoxdur.

Hadisənin baş verdiyi yerdə xilasetmə işləri aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir