İşğaldan azad edilmiş 3 şəhər sel sularından mühafizə üzrə layihələndiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində sel sularından mühafizə
məqsədilə tədbirlər görüləcək.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, Cəbrayıl və Zəngilan şəhərlərinin dağlardan və
dərələrdən gələn sel sularından, Qubadlı şəhərinin isə Bərgüşad
çayından gələn sel və daşqınlardan mühafizəsi məqsədilə
layihələndirmə xidmətləri aparılacaq.

Belə ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq tədbirləri
yekunlaşdırıb.




Dövlət xidməti sözügedən işlərin icrasını “Proyapı Mühendislik
ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı
filialına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, sözügedən şəhərlərin sel sularından
layihələndirilməsi xidməti 922,2 min manata başa gələcək.

Qeyd edək ki, işlərin həvalə olunduğu şirkət 2011-ci ildə
Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi
Koru Murat adlı şəxsdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir