Xocavənd sakini: Doğma yurda qayıtmaq ən böyük arzumuz idi

Baş səhifə

“İki şəhidin bacısı kimi çox qürurluyam ki, doğma yurdumuza qayıtdıq. Bu, bizim üçün ən böyük arzu idi”.

Bunu APA-ya bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçən Mərubə Dadaşova deyib. O, qayıdışın tarixi hadisə olduğunu vurğulayıb: “Xalqımız, dövlətimiz üçün əlamətdar bir gündür. Məcburi köçkün adımız ləğv olunur. Biz doğma yurdumuza qayıtdıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Cənab Prezidentimiz var olsun. Ailəmiz adından ona dərin təşəkkürümü bildirirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir