Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb

Baş səhifə

Bakı.Trend:

Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Bu barədə Trend-ə açıqlamasında müğənninin vəkili Hikmət Əliyev
deyib.

Onun sözlərinə görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bu
dəqiqələrdə Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan
tədbiri ev dustaqlığı ilə əvəz edilib.




Qeyd edək ki, bu il avqustun 16-da Sabunçu rayonunda polis
əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata
keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli
bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı
saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin
ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000
ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində
Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla
dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova
təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun
barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan
tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir