
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan Elnurə Məmmədova bürünc medal uğrunda əlcəzairli Chebila Cheima ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlub edərək üçüncü yerin sahibi olub.

