“Yuventus” Türkiyə millisinin üzvü ilə müqavilə imzalayacaq

Baş səhifə

Bakı. Trend:

“Yuventus” Kenan Yıldızla ortaq məxrəcə gəlməyə yaxındır.

Trend xəbər
verir ki, A Seriyası nəhəngi yaxın günlərdə türkiyəli vingerlə yeni
müqavilə imzalayacaq. Bu barədə klubun Futbol Strategiya Direktoru
Corcio Kyellini məlumat verib.




Klub rəsmisi artıq Kenanla razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində
keçirdiyi 18 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda
qalıb. Onun klubla hazırkı sözləşməsinin müddəti 2029-cu ilin 30
iyun tarixinə kimidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir