
Bakı. Trend:
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Səudiyyə
Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi
Oyunlarının qalibi olub.
Trend xəbər
verir ki, idmançı finalda Türkiyə güləşçisinə 6:2 hesabı ilə qalib
gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün digər təmsilçilərimizdən yunan-Roma
güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, Elnura Mammadova (50 kq)
isə bürünc medal qazanıb.

