Rusiyanın dağ yəhudilərinə azərbaycanlı rejissorun filmi təqdim olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, Rusiya Dağ
Yəhudiləri Birliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı rejissor
Rüfət Əsədovun “Ana duası” filminin təqdimat mərasimi
keçirilib.

Trend xəbər verir
ki, təqdimat mərasimi Beynəlxalq Dağ Yəhudiləri Fondunun və “Sholumi” Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.




Ekran əsəri Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ
yəhudilərinin tarixindən bəhs edir. Dağ yəhudilərinin ölkəmizin
təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr
olunan filmdə Azərbaycan və yəhudi xalqlarının tarixi dostluğu
tərənnüm olunur.
Ekran əsərinin qəhrəmanı Oğuzda doğulan, hazırda İsraildə yaşayan,
Azərbaycan diasporunun fəallarından biri olan ravvin Şmuel
Simantovdur. Filmin prodüsseri İsraildəki Azərbaycan diasporunun
fəallarından olan Shaul Siman-Tovdur.

Sözügedən sənədli film rejissor Rüfət Əsədovun dağ yəhudiləri
haqqında yeddinci filmidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir