
Bakı. Trend:
Bəşəriyyətin toplanmış biliklərini qorumaq məqsədilə
“Grokipedia” məqalələrinin nüsxələri vaxtaşırı olaraq Günəş
sistemində yerləşdiriləcək.
Trend xəbər verir
ki, bunu İlon Mask “X” sosial platformasında bildirib.
“Məlumatların məhv edilməsi və ya bəşəriyyətin barbarlığa
yuvarlanması ehtimalı nəzərə alınaraq, gələcək sivilizasiyalar üçün
biliklərin qorunması məqsədilə bir neçə nüsxə dövri olaraq Günəş
sistemində paylanacaq. Biz İsgəndəriyyə Kitabxanasının dərsini
unutmuruq”, – deyə Mask qeyd edib.
O əlavə edib ki, “Grokipedia” layihəsi adı ilə tam
uyğunlaşdıqdan sonra onun adı “Encyclopedia Galactica” olaraq
dəyişdiriləcək. Layihə kainat haqqında bütün biliklərin açıq
mənbəli qlobal anbarına çevrilməyi hədəfləyir.

