Səudiyyə Ərəbistanı və ABŞ 30 milyard dollarlıq anlaşmalar imzalamağa hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı və ABŞ Krallığın vəliəhdi və Baş naziri
Məhəmməd bin Salman Əl Səudun Vaşinqtona səfəri çərçivəsində enerji
sahəsində əməkdaşlığa dair 30 milyard dollar dəyərində anlaşma
memorandumları imzalamağı planlaşdırır.

Trend xəbər verir
ki, bunu “Saudi Aramco” şirkətinin rəhbəri Əmin Nasir ABŞ-Səudiyyə
Ərəbistanı İnvestisiya Forumunda çıxışı zamanı açıqlayıb.

O bildirib ki, “Bu gün enerji sektorunda 30 milyard dollar
dəyərində anlaşma memorandumları imzalayacağıq”.




Nasserin sözlərinə görə, “Saudi Aramco” ABŞ-də investisiya
portfelini genişləndirməkdə davam edir və şirkətin vençur kapitalı
bölməsi Amerika iqtisadiyyatına artıq 1,5 milyard dollar sərmayə
yatırıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi hazırda ABŞ-də işgüzar
səfərdədir. Noyabrın 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla
keçirdiyi görüşdə o, krallığın ABŞ iqtisadiyyatına yatırımlarını
600 milyard dollardan 1 trilyon dollara artırmaq niyyətində
olduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir