
Bakı. Trend:
Azərbaycanın gənc taekvondoçuları İsveçrənin Eql şəhərində
keçirilən Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc
medal əldə ediblər.
Trend xəbər verir
ki, 48 kq çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli bütün
rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb.
45 kq-da Mehdi Budaqlı və 51 kq-da Novruz Əliyev isə bürünc
medalla kifayətləniblər.

