Merz: Almaniya Ukraynanın uzaqmənzilli raketlər alması üçün “əlindən gələni edir”

Baş səhifə

Almaniya Ukraynanın uzaqmənzilli raketlərlə təchiz olunması üçün bütün imkanlarını səfərbər edir.

APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Berlində İsveçin Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında bəyan edib.

Merz bildirib ki, Ukrayna ordusu bu tip silah sistemləri ilə təmin olunacaq.

“Biz razılaşmışıq ki, detalları ictimaiyyətə açıqlamayaq, çünki Rusiya tərəfində müəyyən qeyri-müəyyənlik qalmalıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir