
Bakı. Trend:
Sudanda baş verən vəhşilikləri dayandırmaq və ölkədə vəziyyəti
sabitləşdirmək məqsədilə ABŞ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri, Misir və digər Yaxın Şərq tərəfdaşları ilə birlikdə
çalışacaq.
Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media
platformasında açıqlama verib.
O bildirib ki, Sudanda dəhşətli vəhşiliklər baş verir və ölkə
dünyada ən zorakı məkanlardan birinə, eyni zamanda böyük humanitar
böhrana çevrilib.
“Ərəb liderləri, xüsusən də ABŞ-ni yeni tərk edən Səudiyyə
Ərəbistanının vəliəhdi, Sudanda baş verənlərə dərhal son qoymaq
üçün prezidentliyin gücündən və təsirindən istifadə etməyimi xahiş
etdilər. Bu ölkələrin əməkdaşlığı və koordinasiyası ilə vəziyyət
düzələ bilər”, – deyə Tramp əlavə edib.

