ABŞ Prezidentinin Qarabağ münaqişəsini həll etmə bacarığı Putini təəccübləndirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasındakı
münaqişənin həllində göstərdiyi nəticənin Rusiya lideri Vladimir
Putini heyrətə gətirdiyini bildirib.

Trend xəbər verir
ki, Tramp bu barədə ABŞ-Səudiyyə Ərəbistanı investisiya forumunda
çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Putin telefon danışığında Vaşinqtonun
münaqişəyə son qoymasına inanmadığını deyib.




“Putin mənə zəng edib dedi ki, inana bilmir ki, mən münaqişəni
həll edə bilmişəm. Cavab verdim: İcazə verin, sizin müharibənizi də
həll edim”, – Tramp bildirib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ
Prezidentinin iştirakı ilə yeddi bənddən ibarət birgə Bəyannamə
imzalayıblar. Bununla yanaşı, hər iki ölkənin xarici işlər
nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında
sazişi paraflayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir