
Bakı. Trend:
ABŞ ölkənin ən yeni “F-47” qırıcısının yaradılması işlərinə
artıq başlayıb.
Trend-in verdiyi
məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Yeni Nəsil Hava Üstünlüyü” (NGAD) proqramı çərçivəsində
hazırlanan altıncı nəsil “F-47” qırıcısının ilk uçuş sınaqları
2028-ci ilə planlaşdırılıb.
Layihənin detalları gizli saxlanılır. Məlumata görə, “F-47” 1
600 kilometrdən artıq uçuş mənzilinə, təxminən 2 248 km/saat sürətə
və qabaqcıl görünməzlik texnologiyalarına malik olacaq.
ABŞ Hərbi Hava Qüvvələri ən azı 185 belə təyyarə almağı
planlaşdırır və bir qırıcının dəyəri 300 milyon dollardan çox
qiymətləndirilir.

