
Bakı. Trend:
3I/ATLAS kometi Yer kürəsindən təhlükəsiz məsafədə yerləşdiyi
üçün planetimiz üçün heç bir risk doğurmur.
Trend xəbər verir
ki, bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar
Administrasiyasının (NASA) Elm Missiyası Direktorluğunun müavini
Niki Foks açıq mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, obyekt Yerdən Günəşə olan məsafənin
təxminən iki qatı qədər uzaqda yerləşir və buna görə də yaxınlaşma
və ya toqquşma təhlükəsi mövcud deyil.

