
Bakı. Trend:
“Yuventus” qış transfer pəncərəsində “Sanderlend”in
yarımmüdafiəçisi Qranit Cakanı heyətinə qatmaq niyyətindədir.
Trend xəbər verir
ki, Turin klubu isveçrəli futbolçunu yüksək dəyərləndirir və onun
liderlik keyfiyyətləri, texniki bacarıqları, fiziki hazırlığı və
taktiki düşüncəsini xüsusilə qeyd edir.
Bildirilir ki, Caka ötən yay “Yuventus”a keçə bilərdi, lakin o,
seçimində İngiltərə Premyer Liqasını üstün tutaraq “Sanderlend”i
seçib.
Yarımmüdafiəçi cari mövsümdə “Sanderlend”də 11 oyuna çıxıb, bir
qol vurub və üç məhsuldar ötürmə edib. “Qara pişiklər” hazırda
Premyer Liqada 19 xalla turnir cədvəlində dördüncü pillədə
qərarlaşıblar.

