
Bakı. Trend:
ABŞ Ticarət Departamenti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən iki şirkətə ən müasir
Amerika yarımkeçiricilərinin satışına icazə verib.
Trend-in
məlumatına görə, bu barədə qurumun yaydığı məlumatda deyilir.
Ticarət Nazirliyi sözügedən şirkətlərə 35 min ədəd “Nvidia
Blackwell” çipinə ekvivalent olan qabaqcıl yarımkeçiricilərin
ixracına razılıq verib.
İcazə alan qurumlar Əbu-Dabidə yerləşən “G42” və Səudiyyə
Ərəbistanının “Humain” şirkətləridir. Hər iki şirkət süni intellekt
texnologiyalarının inkişafı ilə məşğuldur.
ABŞ Ticarət Departamenti hesab edir ki, bu addım ölkənin, o
cümlədən süni intellekt sahəsindəki irəliləyişlər daxil olmaqla,
texnologiya sektorunda dominant mövqeyini möhkəmləndirməyə kömək
edəcək.

