
Vaşinqton administrasiyası Ukraynadakı münaqişənin həlli ilə bağlı hazırladığı yeni ABŞ planının qəbuluna nail olmaq üçün Prezident Volodimir Zelenskiyə təzyiqi gücləndirir.
APA xəbər verir ki, bu barədə The Washington Postun 19 noyabr tarixli məqaləsində bildirilir.
Nəşrin mənbələrindən birinin sözlərinə görə, plan Zelenski üçün qəbul edilməsi çətin olan bir sıra güzəştlər nəzərdə tutur.
Onların sırasına əhəmiyyətli ərazi itkiləri və Ukrayna Silahlı Qüvvələrinə ciddi məhdudiyyətlər də daxildir.
Qəzet yazır ki, Kiyev tərəfi yeni planın bəzi müddəalarını, xüsusilə ərazi güzəştlərini və ordunun ixtisarını yerinə yetirilməsi mümkün olmayan şərtlər hesab edir.

