Xətai və Binəqədi rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Baş səhifə

Bakı. Trend:

Xətai və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təminatında
fasilə yaranacaq.

Trend xəbər verir
ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsində və
Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində aparılacaq təmir işləri ilə
əlaqədar 20.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz
təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Süleyman
Vəzirov, Fəzail Bayramov, Sergey Senyuşkin, Natiq Əliyev
küçələrinin və Xocalı prospektinin, Binəqədi rayonunun isə 8-ci
Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin istehlakçılarının
qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir