Kaşivazaki-Kariva AES-in yenidən işə salınmasına icazə veriləcək

Baş səhifə

Bakı. Trend:

Yaponiyada Niigata prefekturasının qubernatoru Hideyo Hanazumi
dünyanın ən böyük atom elektrik stansiyalarından biri olan
Kaşivazaki-Kariva AES-in reaktorlarından birinin yenidən işə
salınmasını təsdiqləməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.




Fukusima faciəsindən sonra kommersiya reaktorlarının
dayandırılması səbəbindən stansiya 2012-ci ildən bəri işləmirdi.
Son illərdə pik dövrlərdə elektrik çatışmazlığı ilə üzləşən Tokio
metropoliten hökuməti Niigata rəhbərliyindən stansiyanın yenidən
işə düşməsinə razılıq verilməsini istəyib.

Artıq zavodun yerləşdiyi Niigata şəhəri və Kariva kəndinin
merləri reaktorun yenidən işə salınmasına razılıq veriblər.
Qubernatorun noyabrın 21-də qərarı rəsmi şəkildə təsdiqləməsi
gözlənilir. Bundan sonra o, yerli qanunverici orqanla
məsləhətləşəcək və təsdiqdən sonra prosedurların tamamlanması
barədə Baş nazir Sanae Takaiçiyə məlumat verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir