Bukayo Saka “Arsenal”la uzunmüddətli müqavilə imzalayacaq

Baş səhifə

BAkı. Trend:

“Arsenal”ın cinah oyunçusu Bukayo Saka klubla 2030-cu ilə qədər
yeni uzunmüddətli müqavilə imzalamağa hazırdır.

Trend xəbər verir
ki, danışıqlar davam etsə də, həm klub, həm də futbolçu tərəfi
razılaşmanın uzadılacağına tam əmindir.




London təmsilçisinin rəhbərliyi 24 yaşlı futbolçunun bu ilin
sonuna qədər yeni müqaviləni rəsmiləşdirəcəyinə ümid edir. Hazırda
Sakanın “topçular”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bu mövsüm Saka “Arsenal”ın heyətində bütün turnirlər üzrə 14
oyunda iştirak edib və altı qol vurub. Transfermarkt-ın məlumatına
əsasən, futbolçunun bazar dəyəri 140 milyon avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir